Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə "Xocalı qətliamı", "Xocalı soyqırımı" kimi anılır. Ermənistanda isə bu əməliyyat "Xocalı döyüşü", "Xocalı hadisəsi" terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı "Xocalı qətliamı" (ing. "Khojaly Massacre", fr. "Massacre de Khodjaly") terminindən istifadə etməyə üstünlük verir.
Xocalı strateji hədəf kimi[redaktə]
7000 əhalisi olan Xocalı, Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının sisiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Ermənilərin Xocalıya əsas maraqları da Xocalının bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi.
Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada arxitektur abidələr – dairəvi qəbr (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriyaşahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.
Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.
Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 ahısqa türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş bəzi azərbaycanlı ailələri şəhərdə məskunlaşmışdılar.
Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, aeroportun ələ keçirilməsi idi.
Faciənin icmalı[redaktə]
Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-dan etibarən şəhərə aparan bütün avtomobil yolları bağlanmış, yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı.
Xocalıya sonuncu vertolyot 1992-ci il yanvar ayının 28-də endi. Şuşa səmasında mülki vertolyotun vurulması, vertolyotun içindəki 40 nəfər azərbaycanlının həlak olmasıyla şəhərlə hava əlaqəsi də kəsildi. Yanvarın 2-dən şəhərə elektrik enerjisi də verilmirdi. Xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular. Şəhərin müdafiəsi əsasən avtomat və ov tüfəngləri ilə silahlanmış yerli özünümüdafiə dəstəsi, yerli milis qüvvələri və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir.
Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.
Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələrinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiyya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən ŞuşanınMalıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür.
Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyidlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.
Fevralın 28-də tərkibində yerli jurnalistlərin də olduğu qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi – düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyidlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.
Xocalı soyqırımına dair dünya mətbuatında çıxarışlar[redaktə]
- Krua l'Eveneman jurnalı (Paris), 25 fevral 1992-ci il: Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyidlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər.
- Sandi Tayms qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri minlərlə ailəni məhv etmişlər.
- Faynenşl Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar.
- Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.
- Tayms qəzeti (London), 4 mart 1992-ci il: Çoxları eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.
- İzvestiya (Moskva), 4 mart 1992-ci il: Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.
- Faynenşl Tayms qəzeti (London), 14 mart 1992-ci il: General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər erməni hərbiçisi Dağlıq Qarabağda qalmışdır.
- Le Mond qəzeti (Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu azərbaycanlıların təbliğatı deyil, bu reallıqdır.
- İzvestiya (Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən şəxsən təpədə yüzə yaxın meyid gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.
- Valer aktuel jurnalı (Paris), 14 mart 1992-ci il: Bu "müxtar regionda" erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər.
- R. Patrik, İngiltərənin "Fant men nyus" teleşirkətinin jurnalisti (hadisə yerində olmuşdur): Xocalıdakı vəhşilikllərə dünya ictimaiyyətinin gözündə heç nə ilə haqq qazandırmaq olmaz.
Beynəlxalq aləmdə tanınması[redaktə]
- Meksika 2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25-26-da baş vermiş faciə soyqırım adlandırılıb.[1] [2]
- Pakistan 2012-ci ilində Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş Soyqırımı pisləyən qətnamə qəbul edib. [3][4]
- Kolumbiya 2012-ci ilin 24 aprel tarixində Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanımışdır.[5][6][7]
- Çexiya 2013-cü ilin 19 fevral tarixində Çexiya parlamenti Xocalı soyqırımını rəsmən tanımışdır. [8]
- Bosniya və Herseqovina 2013-cü ilin 26 fevral tarixində Bosniya və Herseqovina parlamenti Xocalı soyqırımını rəsmən tanımışdır. [9] [10]
- Peru 2013[11]
Faciəni qətliam kimi tanıyan ABŞ ştatları[redaktə]
- Massaçusets — 2010-cu il fevralın 25-də Amerikanın Massaçusets ştatının nümayəndələr palatası.[12][13]
- 2011-ci ildə isə Amerikanın Texas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[14][15]
- 2011-ci ildə isə Amerikanın Nyu-Cersi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[16][17]
- 2012-ci ilin 28 fevral tarixində Corciya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[18][19]
- Men — 2012-ci ilin 23 mart tarixində Men ştatı ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[20]
- 2013-cü ilin 28 yanvar tarixində Nyu-Meksiko ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[21][22]
- 2013-cü ilin 8 fevral tarixində Arkanzas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[23][24]
- 2013-cü ilin 25 Fevral tarixində Missisipi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
- 2013-cü ilin 4 mart tarixində Oklahoma ştatı Xocalı soyqırımını rəsmən tanımışdır. Oklahoma ştatı Senatının birinci sessiyasında Xocalı qətliamının tanıması barədə qətnamə qəbul edilib.[25][26]
- 2013-cü ilin 18 mart tarixində Tennessi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[27]
- 2013-cü ilin 18 mart tarixində Pensilvaniya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[28]
- 2013-cü Aprel 3 tarixində West Virginia ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[29]
- 2013-cü Aprel 3 tarixində Connecticut ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[30]
- 2013-cü ilin Avqust 21 tarixində Florida ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[31]
"Memorial" hüquqmüdafiə mərkəzinin hesabatından[redaktə]
Xocalı 1991-ci ilin payızından erməni silahlı dəstələri tərəfindən əsasən blokadaya alınmışdı, Dağlıq Qarabağdan daxili qoşunlar çıxarılandan sonra isə tam blokadada idi. 1992-ci ilin yanvarından Xocalıya elektrik enerjisi verilmirdi.
1992-ci il fevralın 25-də Xocalıya erməni silahlı dəstələrinin hücumu başlandı.
Hücumun iştirakçıları[redaktə]
Hücumda zirehli texnikanın – zirehli maşınların, piyadaların döyüş maşınlarının və tankların dəstəyi ilə Artsaxın Milli Azadlıq Ordusunun (AMAO) hissələri iştirak edirdi.
Bundan başqa bütün Xocalı qaçqınlarının söylədiklərinə görə şəhərə hücumda 366-cı alayının hərbiçiləri də iştirak edirdi, hətta onlardan bəziləri şəhərə də girmişlər.
Hücumun gedişatı[redaktə]
Xocalı fevralın 25-də saat 23-dən toplardan atəşə tutulmağa başlamışdır. İlk növbədə yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdılmışdı. Piyada hissələr şəhərə fevralın 26-ı saat 1-4 arası girmişdir.
Sonuncu müdafiə nöqtəsi saat 7-də məhv edilmişdir. Şəhərin gülləboranı nəticəsində dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağılmışdır.
Əhalinin çıxması üçün azad dəhliz[redaktə]
Ağdam və Bakıda Memorialın müşahidəçiləri Xocalıya hücum zamanı şəhəri tərk etmiş 60 nəfərlə sorğu-sual etmişlər. Soruşulanlardan ancaq biri söyləmişdir ki, dəhliz barədə məlumatı olmuşdur. Azad dəhlizlə qaçan əhali Azərbaycanın Ağdam rayonuna qovuşan ərazidə atəşə tutulmuşdur və nəticədə coxlu sayda insan həlak olmuşdur.
Şəhərdə qalmış əhalinin müqəddəratı[redaktə]
Şəhər erməni silahlı dəstələri tərəfindən zəbt ediləndə orada 300 dinc əhali, o cümlədən 86 ahısqa türkü qalmışdı. Hər iki tərəfdən alınmış məlumata əsasən, 1992-ci il martın 3-də Azərbaycan tərəfinə Xocalı şəhərində və Ağdam yolunda əsir götürülmüş 700-ə qədər Xocalı sakini təhvil verilmişdir. Onların əsas hissəsini qadınlar və uşaqlar təşkil edirdi.
Əsir düşmüş əhali və Xocalı müdafiəçilərinin saxlanılma şəraiti[redaktə]
Müvəqqəti saxlanılma izolyatorunun rəisi mayor Xaçaturyan əsirlərlə hətta bir neçə dəqiqəlik təklikdə danışmağa icazə verməmişdir.
Xocalı sakinlərinin əmlakı[redaktə]
Şəhərdən qaçan Xocalı sakinləri hətta zəruri əşyaları belə götürə bilməmişdilər. Erməni silahlı qüvvələrinin Xocalıdan çıxardıqları sakinlər də əmlaklarından heç nə götürməmişdilər. Memorialın müşahidəçiləri şəhərdə azğın, heç nə ilə qarşısı alınmayan soyğunçuluğun şahidi olmuşlar. Şəhərdə qalan əmlak Stepanakert və yaxınlıqdakı yaşayış məntəqələrinin əhalisi tərəfindən daşınırdı. Çox evlərin darvazalarında onların yeni sahiblərinin adları yazılmışdır.
Alınmış məlumatların qiymətləndirilməsi[redaktə]
Xocalının zəbt olunması üzrə həyata keçirilmiş hərbi əməliyyat zamanı şəhərin dinc əhalisinə qarşı kütləvi zorakılıq törədilmişdir. Azad dəhliz barədə məlumat Xocalının əhalisinin çoxuna çatdırılmamışdır.
Azad dəhliz və onun yaxınlığındakı ərazidə dinc əhalinin kütləvi qırğınına hec bir cəhdlə haqq qazandırmaq olmaz.
Xocalıya hücumda Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbiçiləri iştirak etmişdir.
Memorial hüquq müdafiə mərkəzi təsdiq edir ki, Xocalıya hücum zamanı erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı hərəkətləri Cenevrə konvensiyasına, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyası 10.12.1948-ci ildə qəbul etmişdir) aşağıdakı maddələrinə kobud qaydada ziddir:
- Maddə 2. Hər bir şəxs dilindən, ... dinindən, ... milliyyətindən və digər səbəbdən, fərq qoyulmadan bu Bəyannamədə təsbit olunmuş bütün hüquq və azadlıqlara malik olmalıdır.
- Maddə 3. Hər kəsin yaşamaq, azadlıq və şəxsi toxunalmazlıq hüququ vardır.
- Maddə 5. İnsan ləyaqətini alçaldan, insaniyyətlikdən kənar və qəddar hərəkətlər qadağandır.
- Maddə 9. Özbaşına həbslər, saxlanılmalar və ya qovulmalar qadağandır.
- Maddə 17. Hər bir insanın əmlaka malik olma hüququ vardır və insanın əmlakdan özbaşına məhrum edilməsinin qadağandır.
Silahlı dəstlərin hərəkətləri Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə (BMT-nin Baş Assambleyası 14.12.1974-cü ildə qəbul etmişdir) tam ziddir.
Hadisələrin şahidləri[redaktə]
Qaradağlı sakini, hadisələrin şahidi İlqar Əliyevin açıqlaması:
- "Ermənilər Qaradağlını tutandan sonra əsir və girov götürdükləri kənd sakinlərindən 33 nəfərini öldürdülər. Sonra öldürdükləri qadın və uşaqların cəsədlərini kənd yaxınlığındakı Bəylik bağı adlanan yerdə "silos" quyusuna töküb, üzərini torpaqladılar." "...ermənilər kənd sakinlərini güllələyir, hələ ölməmiş adamları isə quyuya doldururdular."
- "Mənimlə birlikdə yüzdən artıq Qaradağlı kənd sakini girov götürülmüşdü. Yolda dəhşətli işgəncələrlə qarşılaşdıq. Ermənilər iki kənd sakininin başını toxmaqla yararaq, onları əzabla öldürdülər. Bizi əvvəlcə Lingin kəndində gətirdilər. Orada üç nəfəri, Malıbəylidə isə 12 nəfəri güllələdilər. Malıbəylidə hamını maşınlardan töküb, piyada Xankəndinə qədər apardılar. Yol boyu ermənilərin təhqirləri ilə qarşılaşırdıq".
İ. Əliyev Xankəndidə yerləşən həbsxanada 8 Qaradağlı sakininin acından öldüyünü vurğulayıb:
- "Ermənilər fevralın 26-da Xocalını işğal edəndə Xankəndidə həbsxanada idim. Həmin gün ermənilər yüzdən artıq adamı bu həbsxanaya gətirdilər. Sonra bildim ki, onlar Xocalı sakinləridir və bu şəhər də işğal olunub. Səhəri gün gözümün qabağında 60-a yaxın Xocalı sakininin başını kəsdilər. Onların arasında uşaq və qadınlar da var idi".
Qaradağlı sakini Oruc Əliyev də kənd işğal olunduqdan sonra şahidi olduğu işgəncə və qətliamlar haqda danışıb:
- "Məni fevralın 17-də əsir götürdülər. Yolda qohumlarımın yarısını öldürdülər. Xankəndidəki həbsxanada isə dişlərimi zorla çəkdilər". O, əsirlikdə olduğu müddətdə ermənilər tərəfindən hər gün döyüldüyünü və işgəncəyə məruz qaldığını deyib:
- "Həmin il martın 17-də Allahverdi Bağırovun köməkliyi ilə dəyişdirildim. Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri həmin günə qədər bir dəfə də olsun xəstəxanaya gəlmədilər".
- "Ermənilər sağlam azərbaycanlı əsir və girovların daxili orqanlarını satırdılar. Bunu əvvəlcədən tanıdığım ermənilər mənə demişdi".
O. Heydər Əliyevin sözlərinə görə, Qaradağlının alınması əməliyyatına və orada baş verən qətliamlara Ermənistan prezidenti Robert Köçəryan rəhbərlik edib. O, bunu Əsgəranda xəstəxanada yatarkən eşitdiyini söyləyib.[32]
İlqar Cəfərovun Xocalı soyqırımı mözusunda fotoşəkillərindən[redaktə]
Ermənilərdən etiraflar[redaktə]
Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin ən çox sevdiyi ideoloqlarından biri yazıçı – şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır:
"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq". [33]
Daha bir erməni müəllif, hazirda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı səhifələrində Xocalı soyqırımından yazır:
"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim". [34]
"Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi". [35]
366-cı alay[redaktə]
Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-ci alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.
Hərbi hissəni komana heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, güya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçı əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticsəində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi.
Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktların – Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqqları Bəyannaməsi, vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Sazış, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafıəsi Bəyannaməsinə məhəl qoyulmamasıdır.
Azərbaycan Milli Məclisi (Parlamenti) hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etmişdir. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Soyqırıma xarici ölkələrdə münasibət[redaktə]
Meksikanın paytaxtı Mexiko şəhərinin mərkəzi tarixi rayonunda yerləşən "Tlakskoake-Xocalı" meydanında Azərbaycan Respublikası ilə Mexiko şəhər rəhbərliyinin birgə apardığı təmir-bərpa işlərindən sonra orada Xocalı soyqırımı qurbanlarına abidə qoyulub[36].
2011-ci ildə Xocalı soyqırımı qurbanlarına abidə Almaniyanın Berıin şəhərində ucaldılıb.
Xocalı soyqırımından şəkillər[redaktə]
Şarl de Koster
Vikipediya, açıq ensiklopediya
Şarl de Koster | |
fr. Charles-Theodore-Henri De Coster | |
Doğum tarixi | 20 avqust 1827-ci il |
---|---|
Doğum yeri | Münhen, Almaniya |
Vəfatı | 7 may 1879-cu il (51 yaşında) |
Vəfat yeri | Brüssel, Belçika |
Fəaliyyəti | Yazıçı |
Mündəricat |
Həyatı[redaktə]
Fransız dilli yeni Belçika ədəbiyyatının yaradıcısı Şarl de Koster 1827-ci il avqustun 20-də Almaniyanın Münhen şəhərində ruhani ailəsində anadan olmuşdur. Onun atası İprli flamand idi və Bavariyada Tir yepiskopu və Papa üsul-idarəsinin rəhbəri qraf Şarl-Mersi d‘Arjantonun sarayında təsərrüfat rəhbəri vəzifəsində işləyirdi. Vaxtilə Belçika ordusunun zabiti olmuş d‘Arjanto öz həmyerlisinə və qulluqçusuna rəhmdillik göstərir və vallon əsilli Anna-Mariya Kartreylin "gözəlliyini özündə əks etdirən" oğlu de Kosterə himayədarlıq edir. D‘Arjanto de Kosterin xaç atası idi. Bu vəziyyət Şarlın dünyaya gəlməsi haqqında bir sıra dedi-qoduların yaranmasına səbəb olmuşdur. Bəzi tədqiqatçılar, o cümlədən də yazıçının bir sıra müasirləri Şarlın ya qrafın, ya da onun qardaşının ögey oğlu olduğunu deyirdilər. Ancaq bütün bunlar faktlarla sübut olunmamışdır. Məşhur Belçika tənqidçisi H.Juen yazıçının 1962-ci ildə Brüsseldə çapdan çıxmış "Ulenşpigel əfsanəsi" romanına yazdığı giriş məqaləsində deyir: "Ulenşpigel əfsanəsi"nin gələcək müəllifi, hətta romantizm bundan ziyan çəksə belə, öz valideyinlərinin övladı idi". Gələcək yazıçının uşaqlıq illəri D‘Arjantonun sarayında keçmişdir.Yazıçının atası 1834-cü ildə dünyasını dəyişmişdir. Bundan bir il öncə isə onlar artıq vətənə qayıdaraq, Brüsseldə məskunlaşmışdılar və gələcək yazıçının ömrünün bütün qalan hissəsi bu şəhərdə keçmişdir. Onun yeganə bacısı Karolina da elə həmin il burada dünyaya gəlmişdi. Atası öləndən sonra anası onu təhsil aldığı pansiondan çıxarır. Məktəbdən çıxarılmasının səbəbini yazıçı xatirələrinin birində belə əsaslandırmışdır: "Mən o zaman zəif, kövrək bir uşaq idim... mən ağlayırdım, ancaq görəndə ki, mənə gülürlər, onda göz yaşlarımı saxlayırdım, lakin hirs başıma vururdu".[2]
Lyej şəhərinə köçən D‘Arjanto öz xaç oğlunu unutmur və onun Sen-Mişel kollecinə verilməsini tələb edir. Şarl bu məktəbdə çox yaxşı təhsil almış, qədim yunan və latın dillərini mükəmməl öyrənmişdir. Ancaq burada təhsil aldığı zaman onun dinə inamı sarsılır və bu məktəbi bitirdikdən sonra o, ilahiyyat seminariyasında təhsilini davam etdirməkdən birmənalı şəkildə imtina edir. Bu vaxt artıq onun on yeddi yaşı tamam olmuşdu və Şarl işləyərək anasına kömək etmək qərarına gəlir. Şarl məşhur Mərkəzi Belçika bankına kiçik klerk (köməkçi) vəzifəsinə işə düzəlir və altı il burada işləyir (1844-1850).
Şairlik xülyasına düşmüş, azad həyat sürmək istəyən bir gəncin bu illər ərzində həyatını təsəvvür etmək elə də çətin deyil. O, 1847-ci ildə bir neçə dostu ilə birlikdə "Şən gənclər cəmiyyəti" adlı bir ədəbi dərnək yaradır. Bu dərnəyin açılışında de Koster Fransua Rable üslubunda şən və zarafatyana bir çıxış edir və bununla da azadfikirli bir gənc olduğunu göstərir.
İyirmi gənc brüsselli – onların içərisində rəssamlar, musiqiçilər, şairlər, ümumiyyətlə ədəbiyyat və sənət pərəstişkarları olan hərbiçilər, hüquqşünaslar, naşirlər və s. var idi və onlar qarşılarına belə bir məqsəd qoymuşdular ki, böyük yazıçıların əsərlərini öyrənsinlər və öz yaradıcılıqlarını da inkişaf etdirsinlər. Bu "Şən gənclər" həftədə bir dəfə toplaşır, şam işığında öz əsərlərini oxuyur və onları müzakirə edirdilər. Yaxşı əsərlər özlərinin təsis etdikləri bir nüsxədə çıxan "Jurnal"da çap olunurdu.
XIX əsrin 40-50-ci illəri Belçika ədəbiyyatı hələ müstəqil deyildi, sırf milli səciyyə daşımırdı. Bu ədəbiyyat, Avropa, xüsusilə də, fransız romantizminin təsiri altında idi. "Şən gənclər" də ilk vaxtlar romantik əhval-ruhiyəli idilər. Gənc de Koster öz ilk əsəri olan "Şərq nağılı" adlandırdığı "Məhəmməd" novellasını məşhur fransız romantiki Rene Şatobrianın təsiri altında yazmışdır.
"Şən gənclər" yalnız ədəbiyyatla deyil, teatrla da məşğul olurdular. Onların bu teatrı üçün, dramaturq olmaq arzusu ilə yaşayan de Koster dram əsərləri yazırdı.
Şair olmaq istəyən bir adamın bankda işləməsi mümkün olmadığına görə de Koster ərizə verib işdən azad olur və 1850-ci ildə Brüssel Universitetinin ədəbiyyat və fəlsəfə fakültəsinə daxil olur. O, nümunəvi bir tələbə idi. Ancaq Niderland inqilabı haqqında dərs istisna olmaqla, başqa sahələr o qədər də onu cəlb etmirdi. Bu vaxt de Kosterin diqqətini XVI əsr Flandriya tarixi daha çox özünə cəlb edir.
Tələbəlik illərində de Koster bir sıra istedadlı gənclərlə tanış olur. Xüsusilə, 1851-ci ildə onların dərnəyinə daxil olan rəssam Felisyen Rops onu başqa rəssamlarla da tanış edir. Ropsla yanaşı, o, rəssam Adolf Dillens və heykəltəraş Şarl Samuellə də yaxın dost olur.
1851-ci ildə birinci kurs tələbəsi olan 24 yaşlı Şarl de Koster 19 yaşlı Eliza Spryöytlə tanış olur. Bu qız Şarlın həyatında və yaradıcılığında həddindən artıq böyük rol oynamışdır. Yazıçı "Love" adlı şerini bu qıza həsr etmişdir. Bundan əlavə, onun "Aşiq olmuş gəncin silueti" romantik povestinin baş qəhrəmanı və "Ulenşpigel əfsanəsi" romanındakı Nele bu qızın prototipləridir.
Böyük vəzifə sahibi və çox varlı adam olan Elizanın atası, qızının heç bir maddi imkanı olmayan Şarl kimi bir adamla görüşməyinə razı ola bilməzdi. Ona görə də bu gənclər gizli görüşməyə məcbur olurlar. Daha çox isə məktublaşma yolu ilə əlaqə saxlayırdılar.
De Koster Elizaya çoxsaylı məktub ünvanlamışdır ki, bu məktublar yazıçının daxili aləminin açılmasında, onun mənəvi-psixoloji durumunun müəyyənləşdirilməsində və bir sənətkar kimi yetişməsində böyük əhəmiyyət kəsb edir. Bu məktubların həm də xüsusi bədii əhəmiyyəti var. Yazıçı yazmaq istədiyi əsərlər haqqında bu qızla məsləhətləşir, öz gələcək planları və düşüncələri barədə ona məlumatlar verirdi. Məsələn o, məktublarının birində yazırdı: "Bu günlərdə sənə oxumaq üçün verəcəyim əsəri mənim əvvəllər yazdığım əsərlərlə müqayisə etdikdə görəcəksən ki, mənim ağlım nə qədər inkişaf edib. Mən indi hiss edirəm ki, həyatım daha dərin olubdur. Fikirlərim genişlənibdir..." Bəzən De Koster məktub vasitəsilə sanki Elizaya hesabat verirdi: "Bu gün axşam mən "Sir Halevin"in ilk 80 səhifəsini nəzərdən keçirtdim. Hələ uzunçuluq var" (De Koster özü bu məktubları üzə çıxartmamışdır. Bu məktubları ilk dəfə onun bioqrafiyasını yazan Ş.Potven çap etdirmişdir. O, məktubları məzmununa və bir sıra başqa xüsusiyyətlərinə görə sıralamışdır).
De Kosterin məktublarında bu "qəribə" yazıçının bütün qeyri-adi xasiyyətləri öz əksini tapmışdır. Belə ki, onun şəxsiyyətinin zahirən çox ziddiyyətli görünməsinə baxmayaraq o, "birsifətli" və bütün adam idi. Yumoru və gülüşü çox sevən, dünya ədəbiyyatında ən şən qəhrəmanlardan birinin müəllifi olan de Koster kədərli, qəmli bir adam olmuşdur. O özü haqqında deyirdi: "Mənim ürəyimin dərinliklərində əbədi bir kədər kök salıb. Mən təbiətən kədərli bir insanam". De Kosterin üzərində hakim kəsilən kədər, həyatı bütün varlığı qədər sevən, onu daha gözəl görmək istəyən, onun arzuladığı şəkildə olmamasından narahat olan bir ziyalının, sənətkarın kədəri idi.
De Koster 1855-ci ildə universiteti ədəbiyyat və fəlsəfə elmləri namizədi kimi bitirir. Bu diplom ona müəllimlik etmək hüququ versə də, De Koster bu sahədə işləmək istəmir. Daha münasib iş tapmaq üçün o, yenə xaç atası d‘Arjantoya müraciət edir. Qraf bacısının da köməyi ilə ona çox gəlirli bir iş yeri (şərab ticarəti müfəttişi) tapır. Ancaq de Koster bu işdən də imtina edir və yoxsul həyat tərzini, hətta öz xaç atasından belə asılı olmaqdan üstün tutur. Bundan sonra o, ömrünün bütün qalan hissəsini daim ehtiyac içərisində yaşamışdır.
1856-cı ildə Brüsseldə "Ulenşpigel" jurnalı nəşrə başlayır. Jurnalda əsasən gənclər çalışırdı. Bu jurnal əvvəlcə siyasətdən və sosial mövzulardan uzaq olan bir mətbu orqan kimi nəzərdə tutulmasına baxmayaraq, 1860-cı illərdən başlayaraq Belçikanın mütərəqqi ziyalılarının xitabət kürsüsünə çevrilir. Felisyen Rops bu jurnalın ürəyi idi. O, de Kosteri də jurnalın işinə cəlb edir. Beləliklə, bir təsadüf nəticəsində de Koster də "Ulenşpigel"çi olur və özünün gələcək qəhrəmanı ilə yaxından tanış olur.
Yaradıcılığı[redaktə]
De Koster bədii yaradıcılığa da çox erkən yaşlarından başlamışdır. 1840-50-ci illərdə Avropa romantiklərinin təsiri altında yazdığı ilk əsərləri bədii xüsusiyyətləri ilə elə də seçilmirdi. Bu dövrdə o, eyni zamanda ədəbi tənqidlə də məşğul olurdu və ilk tənqidi qeydlərini 1851-1852-ci illərdə "Yeni xülasə" jurnalında çap etdirmişdir. Bu jurnalın səhifələrində bir publisist kimi tez-tez sosial və siyasi mövzularda kəskin tənqidi məqalələrlə çıxış edən de Koster, öz hüquqları uğrunda mübarizəyə qalxan fəhlə sinfini də müdafiə edirdi.Demokratik dünyagörüşə malik olan bu gənc ziyalı, liberal partiyanın sol qanadına qoşularaq, flamand xalqının müstəqilliyi,istismardan xilas olması uğrunda katolik qaragüruhuna qarşı mübarizə aparmışdır. De Koster, ümumiyyətlə, müstəmləkəçilik siyasətini kəskin tənqid atəşinə tutmuş, Fransa burjua dairələrinin qəsbkarlıq siyasətini ifşa etmişdir.
1850-60-cı illərdə Belçikanın siyasi və mədəni həyatında Fransa respublikaçıları böyük rol oynamışdır. 1851-ci il dövlət çevrilişindən sonra III Napoleonun rəqibləri Belçikada sığınacaq tapmış və bu ölkədə siyasi fəallığın artmasında onların çox böyük xidmətləri olmuşdur. Belçika alimi H.Firens-Gevartın dediyi kimi, həmin dövrdə bu ölkədə mühacirət həyatı yaşayan məşhur fransız alimi,Sorbon Universitetinin professoru Emil Deşanelin mühazirələri flamandları sanki qış yuxusundan oyatmışdır. De Kosterin "Flamand əfsanələri" haqqında mətbuatda ilk çıxış edən də məhz bu fransız alimi olmuşdur.
Beləliklə, 1850-ci illərin sonları və 1860-cı illərin əvvəllərindən başlayaraq Belçikada da siyasi fəaliyyət güclənməyə başlamışdır. Dövlətdə böyük nüfuza malik olan ruhanilər universitetlərdə azad təhsil sisteminin əleyhinə çıxır, hər yolla azadfikirliliyin inkişafına maneə olmağa çalışırdılar. Bu dövrdə həm də sinfi mübarizə genişlənmiş, ölkəni kütləvi üsyanlar bürümüşdü. Belə bir şəraitdə "Ulenşpigel" jurnalı Belçika ictimai-siyasi və mədəni həyatının və eləcə də ilk böyük flamand yazıçısı Şarl de Kosterin ədəbi-bədii səriştəsinin də formalaşmasında əvəzsiz rol oynamışdır.
De Koster özünün ilk böyük əsəri olan "Flamand əfsanələri"ni 1857-ci ildə yazıb başa çatdırmışdır. Bu kitaba daxil olan dörd əfsanə flamand və brabant folkloru materialları əsasında işlənmişdir. Bu əsəri ilə de Koster artıq özünün gələcək yaradıcılıq istiqamətini də müəyyənləşdirir. Belə ki, xalq yaradıcılığını yüksək qiymətləndirən, onların lazımi səviyyədə öyrənilmədiyini və qiymətləndirilmədiyini hesab edən yazıçı bu xəzinənin böyük potensialını müəyyən etmiş və öz yaradıcılığını onun əsasında qurmuşdur.Bu barədə o,Elizaya yazdığı məktubların birində deyirdi: "Bizdə tez-tez bunları tənqid etmələrinə baxmayaraq, mən bu əfsanələri çox sevirəm.Bu janrda canlı xarakterlər,canlı adamların surətlərini yaratmaq olar,onların sağlam təfəkkürünü göstərmək və öz şəxsində bunu əks etdirmək olar".
Yazıçı "Flamand əfsanələri" əsərini XVI əsrə aid olan arxaik fransız dilində yazmış, bununla də bu əsərə xüsusi bir kolorit vermişdir.[3] Bu əsərdə nağıl aləmi real varlığın fonunda təsvir edilmişdir. Bu əsərdə folklor fantastikası məişət hadisələri ilə qaynayıb-qarışaraq xalqın gündəlik həyatının real təsvirini ifadə etmişdir. E.Deşanel bu əsəri çox yüksək qiymətləndirmişdir: "O, orta əsrləri necə varsa eləcə təsvir edib: kobud, sərt, qəmli, kələkbaz, eyni zamanda da uşaq kimi sadədil. O, özündən personajlarına, onlara məxsus olmayan nə bir fikir, nə bir instinkt, nə də bir hiss əlavə etməmişdir"[4].
"Flamand əfsanələri" əsərinə dörd əfsanə daxil edilmişdir.Onlar məzmununa və ovqatına görə bir-birindən fərqli olmasına baxmayaraq,müəllif onları ümumi bir ideya,vahid bir əqidə ətrafında birləşdirə bilmişdir.Bu topluda verilən "Şişman sifətin qardaşlığı", "Blanka, Klara və Kandida","Sir Halevin" və "Smetse Smeye" tədricən yaranmışdır.
De Koster 1861-ci ildə ikinci toplusunu — "Brabant hekayələəri"ni çap etdirmişdir.Bir qədər romantik ruhda yazılan bu hekayələr müəllifin köhnə qanun-qaydalarla, keçmişlə vidalaşması idi. O, yeni mərhələyə, yeni dövrə qədəm qoyurdu.
Ulenşpigel əfsanəsi[redaktə]
De Koster 1860-cı ildə Brüssel arxivində işə girir. Burada işlədiyi vaxt o, çox maraqlı və çox qiymətli sənədlərlə tanış olur və gələcək epopeyası üçün material toplamağa başlayır. Bu materialları o, on ildən artıq bir vaxtda toplamışdır. "Ulenşpigel əfsanəsi" əsəri üzərində işləyərkən heç kim və heç nə ona maneə olmasın deyə o, 1864-cü ildə işdən çıxır və sevimli anasından və bacısından ayrılaraq Brüsselin ətrafında yerləşən İsseldə, kasıb bir komada məskunlaşır.[6] Ondan nə üçün belə etdiyini soruşduqda o, belə cavab vermişdir: "Mübarizə etmək üçün. Yazıb-yaratmaq üçün mübarizə etmək lazımdır".
Antiklerikal tendensiya[redaktə]
Həmçinin katolik partiyası tərəfdarları üçün "Ulenşpigel" xoşagəlməz idi, çünki, burada antiklerikal tendensiya xüsusi vurğu ilə ifadə edilir. Bu romanda vaxt itirmədən Niderland və Belçikanın yenidən birləşməsinə fikir yönəlir, hansı ki, 1830-cu ildə Belçika bundan imtina etmişdi.[7]Sosial fikirlər[redaktə]
Əsərdəki sosial fikirlər, yazıçının yüksək təbəqəyə öz fikrini bildirir, bu romanda ümumi ictimaidən mühafizə edilmiş yeni struktur 70-ci illər üçün qeyri adi idi və o vaxtlar naturalizm sənəti hakim idi. Bədii praktikasında de Koster Fablio, Rable, Montenyu və hollandiya ədiblərinin səviyyəsinə yüksəlir. Lakin, keçmişdə De Koster passeist deyil. Onun dövründə burjua mədəniyyəti, burjua dolğunluğu, zəriflik onu özünə cəlb edirdi. De Koster Renessansa müraciət edir ki, müasir burjuaziya onun böyük yaşını başa düşsün, onun romanı ilə Ulenşpigellə tanış olan xalq, bu romanda yuxarı təbəqənin cinayətləri, kilsə haqqında məlumat alırlar.1867-ci ildə o "Ulenşpigel əfsanəsi" əsərini bitirdi, amma, kiçik tirajla çap olunan bu əsər çox ləng satılırdı. De Kosterin kasıbçılığı davam edirdi. 1870-ci ildə onu Brüsseldə təzəcə açılmış hərbi məktəbdə ümumi tarix və fransız ədəbiyyatı fənnindən dərs deməyə dəvət etdilər. Əgər borc sahibləri imkan versəydilər de Kosterin bu məktəbdə dərs deməklə maddi vəziyyəti düzələ bilərdi. Bu borc sahibləri onun maaşının başını bağlayırlar (üzərinə həbs qoyulur). Buna baxmayaraq, yazıçı yazmaqda davam edir. 1870-ci ildə o, müasir mövzuda yazdığı "Toy səfəri" romanını çap etdirir. 1874-1878-ci illərdə isə yazıçı "Le Tour de Mond" adlı bir fransız jurnalında "Zelandiya" başlığı altında yol qeydlərinin bir hissəsini çap etdirir. Bu oçerklərin "Niderland" adlanan ikinci hissəsi isə yazıçının ölümündən sonra işıq üzü görmüşdür.
Şarl de Koster 1879-cu ildə hələ əlli iki yaşı tamam olmamış vərəm və qan təzyiqi xəstəliklərindən vəfat etmişdir. O,ömrünün son günlərini böyük məhrumiyyətlər içərisində keçirmiş, dilənçi vəziyyətində yaşamışdır.
Mənbə[redaktə]
- Charles De Coster (Alman dilində)
- Britannica.com Charles de Coster
Commonsda Şarl de Koster ilə əlaqədar müxtəlif fayllar var. |
- Charles De Coster (holland)
- The glorious adventures of Tyl Ulenspiegl (Digitalisat der Erstausgabe der englischen Übersetzung)
- Charles de Coster
- About Charles de Coster
- Шарль Де Костер
İstinadlar[redaktə]
- ↑ Şarl de Koster
- ↑ http://www.vub.ac.be/vlaamsestudenteninbrussel/personen/Charlesdecoster.html
- ↑ legenda flamandes
- ↑ Emil Deschanel.Prefase in:Charl de Coster.Legendes flamandes,Paris,1858,p.IV
- ↑ http://www.questia.com/library/encyclopedia/de-coster-charles-theodore-henri.jsp
- ↑ Ulenşpigel əfsanəsi
- ↑ antiklerikal tendensiya