Sintaksis

Mürəkkəb cümlə əmələ gətirən sadə cümlələr bir-biri ilə sintaktik cəhətdən iki cür bağlanır: tabesizlik yolu ilə, tabelilik yolu ilə.
Mürəkkəb cümləni təşkil edən sadə cümlələrin ya hamısı bərabər hüquqlu olur, ya da tərkib hissələrindən biri qrammatik cəhətdən müstəqil, digəri ondan asılı olur. Məsələn: Al rəngli şəfəqlər ətrafı bürüyürdü – cümləsində tərkib hissələri bərabərhüquqludur (hətta bəzi belə cümlələrdə tərkib hissələrinin yerini dəyişsək də məna dəyişmir). Mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasındakı bu cür bağlılıq tabesizlik bağlılıqdır. Belə mürəkkəb cümlələr tabesizlik mürəkkəb cümlələr adlanır.
Zeynəb hiss etdi, Tükəzban xala ona inanmır – cümləsində sadə cümlələrdən birincisi qrammatik cəhətdən müstəqil olduğu halda, ikinci birinciyə tabedir, çünki ikinci  cümlənin tərkib hissəsi (Tükəzban xala ona inanmır) birinci hissəsini (Zeynəb hiss etdi) aydınlaşdırır və tamamlayır.
Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr arasında bağlılıq tabeli bağlılıq adlanır. Belə mürəkkəb cümlələrə tabeli mürəkkəb cümlələr deyilir.
Beləliklə mürəkkəb cümlələr iki növə ayrılır: 1) tabesizlik mürəkkəb cümlələri 2) tabeli mürəkkəb cümlələr.

Tabesiz mürəkkəb cümlələr

Mürəkkəb cümlələrin bir qismində tərəflər bərabərhüquqlu olur. Tərkib hissələr bir-birindən eyni dərəcədə asılı olur, fikrin ifadəsində eyni dərəcədə, bərabər şəkildə edir. Məsələn: Arabir göy guruldayır, yağış güclənir. Birdən Əlabbas kişi pəncərəni açdı, külək yağışı kişinin üzünə çırpdı.
Bərabərhüquqlu sadə cümlələrin birləşməsində əmələ gələn mürəkkəb cümlələrə tabesiz mürəkkəb cümlələr deyilir. Tabesiz mürəkkəb cümlələrin hissələri ya yalnız intonasiya ilə ya da intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir. Məsələn: Elə özü deyir, özü də eşidilirdi. Doğrudur, babam sağlamdı, lakin mən yenə də Allahdan əlimi üzmədim. Bu tabesiz mürəkkəb cümlələrdən əvvəlki ikisinin tərkib hissələri intonasiya ilə, sonrakıların tərkib hissələri və, lakin bağlayıcıları ilə əlaqələnmişdir.
Tərkib hissələri intonasiya ilə əlaqələnən tabesiz mürəkkəb cümlələr bağlayıcısız, bağlayıcıların köməyi ilə tabesiz mürəkkəb cümlələr bağlayıcılı tabesiz mürəkkəb cümlələr adlanır.

Bağlayıcılı tabesiz mürəkkəb cümlələr

Tabesiz mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirmək üçün aşağıdakı bağlayıcılardan istifadə edilir.
1. Birləşdirmə bağlayıcısı: və
2. Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin və s. Məsələn: Dərsi öyrənmədim amma oxudum.
3. İştirak bağlayıcıları: həm, həm də (ki), hətta, da, də. Məsələn: Yemək həm isti, həm də dadlı idi.
4. İnkar bağlayıcıları: nə, nə də, nə də ki. Məsələn: Nə o bilirdi, nə də mən.
5. Bölüşdürmə bağlayıcıları: ya, ya da, gah, gah da, istər, istərsə də və s. Məs: O, gah danışır, gah da susurdu.
6. Aydınlaşdırma bağlayıcıları: yəni, məsələn. Qiymət aldım, yəni beş aldım.
Birləşdirmə, iştirak və inkar bağlayıcıları əsasən zaman əlaqəli tabesiz mürəkkəb cümlələrdə işlənir.
Qarşılaşdırma, iştirak, inkar və bölüşdürmə bağlayıcıları tabesiz mürəkkəb cümlələrin arasında ki, yazıda vergül (,) qoyulur.

Tabesiz mürəkkəb cümlələrdə məna əlaqələri

Tabesiz mürəkkəb cümlələrinin tərkib hissələri arasında 6 məna əlaqəsi olur:
  1. Zaman əlaqəsi
  2. Ardıcıllıq əlaqəsi
  3. Səbəb-nəticə əlaqəsi
  4. Aydınlaşdırma əlaqəsi
  5. Qarşılaşdırma əlaqəsi
  6. Bölüşdürmə əlaqəsi

1. Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr

Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində eyni zamanda baş verən hadisələr sadalanır. Məsələn: Mən kəndə çatanda külək davam edir və küçələrə sel axırdı.
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələr sadalama üsulu ilə qurulduğundan tərkib hissələrin sayı bəzən ikidən çox olur. Məsələn: Şahmarın ürəyi döyündü, qəlbi çırpındı, əlləri əsdi. – cümləsində üç tərkib hissədən ibarətdir.
Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin bir qismində tərkib hissələrin hamısına aid ortaqlı zaman zərfliyi olur. Məsələn: Şair olmayanda xəyala dalır.
Bu cür zərfliklər də tərkib hissələrdəki hadisələrin eyni zamanda baş verdiyini göstərir.

2. Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr

Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində müəyyən ardıcıllıqla baş verən hadisələr sadalanır. Məsələn: İşıqlar söndü, kino verilişi başladı. Dəhlizin qapısı açıldı və otağa bir qız daxil oldu.
Misallardan göründüyü kimi ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin də tərkib hissələrinin sayı ikidən artıq ola bilir.

3. Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr

Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissədəki iş səbəbi, ikinci tərkib hissədəki iş onun nəticəsini bildirir. Məsələn: Qəflətən güclü külək başladı, yetişmiş meyvələr yerə səpələndi.
Bu cümlədə birinci tərkib hissə səbəbi, ikinci tərkib hissə birincidən doğan nəticəni bildirir.
Zaman və ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələr kimi səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri də ya intonasiya ilə, ya da və bağlayıcıları ilə əlaqələnir. Həmin cümlə növlərindən fərqli olaraq, səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələr ancaq iki tərkib hissədən ibarət olur.

4. Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr

Aydınlaşma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrdən biri ümumilik bildirir, o biri onu aydınlaşdırır. Məsələn: Ağız deyəni qulaq eşitmirdi. İyirmi-otuz adam üz-üzə, çiyin-çiyinə oynayırdı.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri əksərən intonasiya ilə bir-birinə bağlıdır. Bəzi hallarda aydınlaşdıran tərkib hissədən əvvəl aydınlaşdırma bildirən yəni bağlayıcısı işlənir. Məsələn: Səlim başını tərpətdi, yəni o razı idi.
Aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrdə adətən ümumilik bildirən hissə əvvəl, aydınlaşdıran hissə sonra işlənir. Ümumilik bildirən hissədən sonra, əsasən, iki nöqtə qoyulur. Məsələn: Xəyal dərin fikrə getdi: bu işi kim etmiş olar?
Tərkib hissələrdən birində vergül olduqda, tərkib hissələrin arasında nöqtəli vergül qoyulur. Məsələn: Uzun qış axşamı idi; külək dəhşətli bir zırıltı ilə qanadlarını divara çırpır, üzü qılınc kimi kəsirdi.

5. Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr

Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindəki iş və hadisələr bir-biri ilə qarşılaşdırılır. Məsələn: Mən çox dedim, o az eşitdi. Qapını itələdim, ancaq o açmadı.
Bəzən qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələri arasında ziddiyyət olur, bəzən tərkib hissələrdəki fikirlər, iş və hadisələr sadəcə olaraq qarşılaşdırılır. Məsələn: Cilovu dartıb atı saxlamaq istəyirdim, at dayanmadı. İndi anam kənddə olur, biz şəhərdə yaşayırıq – cümlələrində birincisində ziddiyyət, ikincisində fərqləndirmə, qarşılaşdırma mənası verir.
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələr intonasiya ilə və (amma, ancaq, lakin) bağlayıcılar və antonim sözlərin köməyi ilə əlaqələnir.

6. Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr

Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrindəki iş və hadisələr ya növlər ilə bir-biri ilə əvəz edilir, ya da iki işdən yalnız birinin mümkünlüyü ifadə olunur. Məsələn: Gah güclü yağış yağır, gah da gün çıxırdı. Ya sən mənə kömək etməlisən, ya da öz dərdimə çarə tapmalıyam – cümlələrindən birincisində müxtəlif hadisələrin (yağış, gün) növbə ilə bir-birini əvəz etdiyi görünür; ikinci cümlədə isə iki hadisədən birinin mümkünlüyünü ifadə edir.
Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələr yalnız bölüşdürmə bağlayıcılarının köməyi ilə yaranır. Gah, gah da, gah da ki bağlayıcılarından istifadə etdikdə hadisələr növbələşir, növbə ilə bir-birini əvəz edir. Məsələn: Onun bədənini gah hərarət bürüyür, gah da soyuq tər əsirdi.
Ya, ya da, ya da ki, yaxud da bağlayıcıları işləndikdə hadisələrdən birinin mümkünlüyü ifadə olunur. Məsələn: Ya sən mənə kömək etməlisən, ya da öz dərdimə çarə tapmalıyam.

Tabeli mürəkkəb cümlənin sintaktik təhlil qaydası

Tabeli mürəkkəb cümlələr aşağıdakı qayda ilə təhlil edilir:
  1. Cümlənin məqsəd və intonasiyaya görə növü müəyyənləşdirilir.
  2. Baş və budaq cümlə müəyyən edilir.
  3. Budaq cümlənin növü (mübtəda, tamamlıq, təyin budaq cümləsi olması və s.), baş cümlənin hansı vasitələrlə bağlandığını müəyyən edilir. Sonra baş və budaq cümlənin hər biri ayrı-ayrılıqda sadə cümlə kimi təhlil edilir.
 Cümlə üzvləri bir-biri ilə həm mənaca, həmdə qrammatik cəhətdən bağı olur və sintaktik suala cavab verir. Məsələn: Bülbül bir bir an meşənin sükutunu dinlədi – cümləsində bülbülün hərəkəti, bu hərəkətin zamanı və obyekti ifadə olunur.
Hər hansı söz cümlə üzvü olmaq üçün, ilk növbədə, müstəqil leksik mənaya malik olmalı və cümlədəki başqa üzvlərlə sintaktik əlaqəyə girməlidir. Məsələn: Eldar, deyəsən sən də bu yay çox işləmisən – cümləsində Eldar və deyəsən sözləri daxil olduğu cümlənin üzvləri ilə mənaca bağlı olsada, qramatik cəhətdən bağlı deyil. Ona görə də belə sözlər cümlə üzvü sayılmır. Birinci söz (Eldar) xitab, ikinci söz (deyəsən) ara söz hesab olunur.
Cümlə üzvləri əsas nitq hissələri ilə ifadə olunur. İsim daha çox mübtəda və tamamlıq vəzifəsində, sifət, say, daha çox təyin, zərf – zərflik, təsriflənən fellər xəbər vəzifəsində işlənir. Məsələn: Siz Məhəmməd deyilsinmi? – cümləsində siz sözü ismi əvəz etdiyi üçün mübtəda vəzifəsində işlənir.
Nitq hissələri ilə ifadə olunan üzvlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb üzvlər adlanır.
Cümlənin beş üzvü var. Bu üzvlər cümlənin təşkilində roluna görə iki növə ayrılır.
  1. Baş üzvlər: mübtəda, xəbər.
  2. İkinci dərəcəli üzvlər: tamamlıq, təyin və zərflik.

Cümlənin baş üzvləri

1. Mübtəda

Mübtəda cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi, əşyanı bildirir.
Mübtəda kim? nə? bəzəndə hara? sualına cavab verir, ismin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Rövşən (kim?) şuşaya gedir. Onların evləri (nə?) Şuşadadır. Şuşa (hara?) gözəl və qədim şəhərimizdir.
Mübtəda cümlənin ən müstəqil üzvü olur və qramatik cəhətdən heç bir üzvdən aslı deyil.

2. Xəbər

Xəbər cümlənin baş üzvü olub, haqqında danışılanın hərəkət və ya əlamətini bildirir. Məsələn: Traktor yeri şumlayır. Torpaq lay-lay çevrilir. – cümlələrində xəbər (şumlayır, çevrilir) mübtəda ilə ifadə olunan, əşyanın hərəkətini bildirir.
Biz cümlədə söylənilən yeni məlumatıadətən xəbər və xəbərə aid olan üzvlər (tamamlıq, təyin, zərflik) vasitəsilə alırıq.
Xəbər nə edir? (felin bütün şəkil və zamanlarında), kimdir?, neçədir?, haradadır?, necədir? və s. suallara cavab verir.
Mübtəda kimi xəbər də həm nitq hissələri, həm də söz birləşmələri ilə ifadə olunur.
Başlamaq, bilmək, istəmək, olmaq, etmək felləri əksərən başqa sözlərlə birləşərək xəbər vəzifəsində işlənir.
Xəbər, təyini söz birləşmələri, məsdər və feli sifət tərkibləri və s. ilə də ifadə olunur. Məsələn: Dağların səsiyəm! Mən çalxalanan dənizin nəğməsiyəm.
Nitq hissələri ilə ifadə olunan xəbərlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb xəbər adlanır.

Feli və ismi xəbər

Xəbər ifadə vasitələrinə görə iki cür olur: 1) feli xəbər; 2) ismi xəbər.
Feli xəbər təsriflənən fellərlə – felin əmr, xəbər, vacib, arzu, lazım və şətr şəkilləri ilə olunur. Məsələn: Ay camaat yol verin. Burada məktəb tikilməlidir. Mən birinci olmaq istəyirəm.
Feli xəbər feli frazeoloji birləşmələrlə də ifadə olunur. Məsələn: İgidlər dərdə düşdü. Səməd köksünü ötürmədi.
İsmi xəbər adlarla – isim, sifət, say, əvəzlik və zərfliklə ifadə olunur. Məsələn: Qayıqlar dənizdədir. Dəniz fırtınalıdır. O, on üçüncü idi. Danışan mən idim.
İsmi birləşmələrlə, məsdər, feli sifət və feli sifət tərkibləri ilə ifadə olunan xəbərlər də ismi xəbərlərdir. Məsələn: məqsədim oxumaqdır. Qonaqların bir qismi şəhərdən təzə gələnlərdir.
Dilimizdə var, yox, lazım, gərək, mümkün, bəs sözləri də müstəqil ismi xəbər kimi işlənə bilir. Məsələn: Evdə heçkim yoxdur.
Feli xəbər cümlədə haqqında danışılanın hərəkətini bildirir və haqında danışılan (mübtəda, ümumi şəxs, qeyri-müəyyən şəxs və s.) hərəkətin törədicisi hesab olunur.
İsmi xəbər isə əlamətini bildirir və əlamətin daşıyıcısı kimi çıxış edir.

Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması

Xəbərlər mübtəda ilə şəxsə görə uzlaşır. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəsxdə olur. Məsələn:Mən bədii kitabları çox oxuyuram. Sən bu günlərdə şəhərə gedəcəksən.
Xəbər mübtəda ilə kəmiyyətcə də uzlaşır – mübtəda tək olduqda xəbər də tək, cəm olduqda xəbərdə cəm olur. Məsələn:
Mən oxuyuram,                        Biz oxuyuruq.
Sən oxuyursan,                        Siz oxuyursunuz.
O oxuyur,                                 Onlar oxuyurlar.
III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşa bilir, uzlaşmayada bilir. Bu aşağıdakı qayda üzrədir:
1. III şəxsdə insan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də əksərən cəm olur. Məsələn: Şagirdlər gözəl binalara tamaşa edirlər. Bəza hallarda kəmiyyətcə uzlaşmayada bilir. Məsələn: Onlar qonağı qarşılamağa getmişdi. – bu cümləni belə uzlaşdırmaq olar. Onlar qonağı qarşılamağa getmişdilər.
2. Heyvan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də cəm olur, tək də olur. Məsələn: İtlər hürüşürdü. – İtlər hürüşürdülər.
3. Mübtəda ilə cansız varlıqlar ifadə olunduqda xəbər əksərən onunla uzlaşmır. Məsələn: Yarpaqlar tökültü. Evlər tikildi.

Cümlənin ikinci dərəcəli üzvləri

Bildiyimiz kimi cümlənin ikinci dərəcəli üzvləri tamamlıq, təyin və zərflikdir.
İkinci dərəcəli üzvlərdən tamamlıq və zərflik yalnız xəbərə aid olur və xəbəri izah edib aydınlaşdırır. Məsələn: Onlar söhbət vaxtı bizə alma şərbəti verirdilər. – cümləsində söhbət vaxtı zaman zərfliyi, bizə, alma şərbəti tamamlıq, verirdilər feli xəbərini izah edir.
Təyin əşya bildirən bütün üzvlərə (mübtədaya, tamamlığa, zərfliyə və ismi xəbərə) aid ola bilir. Məsələn: Cavan bir leytenant məni içəri dəvət etdi. Mən hələ indiyə kimi bu cür alqışlarla qarşılanan mənzərə görməmişdim. – cümlələrində cavan sözü mübtədanı (leytenent), bu cür alqışlarla qarşılanan birləşməsi tamamlığı (mənzərə) təyin edir.

1. Tamamlıq

Tamamlıq cümlənin ikinci dərəcəli üzvü olub, hərəkət və əlamətin obyektini bildirir.
İsmin adlıq və yiyəlik halından başqa, qalan hallarda əşya, obyekt bildirən sözlər və birləşmələr tamamlıq vəzifəsində işlənir. Tamamlıq kimə? nəyə? kimi? nəyi? nə? kimdə? nədə? kimdən? nədən? suallarına cavab verir. Məsələn: Xəyal əlcəyi (nəyi?) mənə (kimə?) verdi.
İşin, hərəkətin, əlamətin obyektini bildirən bəzi qoşmalı sözlər və birləşmələr də cümlədə tamamlıq olur. Məsələn: O, fırça ilə (nə ilə?) şəkil çəkdi.
Tamamlıq da mübtəda kimi isim, əvəzlik və məsdərlərlə daha çox ifadə olunur. Məsələn: Məhəmməd Eldarı səslədi. Onu telefona çağırdılar.
Sifət, say, işarə əvəzlikləri, zərf və feli sifətlər cümlədə isimləşərək tamamlıq vəzifəsində işlənə bilir. Məsələn: Mənim rəfiqəm qırmızını çox sevir. Bunları Adilin atası yollayıb.
Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə olur.
Tamamlıq ikinci və üçüncü növ təyini söz birləşmələri, feli sifət və məstər tərkibləri ilə ifadə olunur. Məsələn: Bir dağ havasını sevirəm, bir də kövşərin ətrini, çölün ətrini! Bu cür tamamlıqlar quruluşca mürəkkəb olur.

Vasitəsiz və vasitəli tamamlıqlar

Tamamlıq vasitəli və vasitəsiz olur. Vasitəsiz tamamlıqlar ismin təsirlik halında olur, təsirli fellərlə əlaqələnir və kimi? nəyi? nə? suallarına cavab verir.  Məsələn: Mustafa məktubu (nəyi?) anasına verdi.
Təsirlik hal müəyyən və qeyri-müəyyənlik bildirməklə iki cür olduğundan, vasitəsiz tamamlıqlar da iki cür olur:
  1. Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar
  2. Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar.
Müəyyənlik bildirən vasitəsiz tamamlıqlar müəyyən təsirlik halda olan (təsirlik hal şəkilçisi) sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Bəxtiyar, məni də özünlə apar. Baba tüfəngi, termosu, çantanı götürdü və Ayazı səslədi.
Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıqlar qeyri müəyyən təsirlik halda olan söz və birləşmələrlə ifadə olunur. Tamamlığın bu növü nə? sualına cavab verir. Məsələn:  Bağçamıza təzə ağac (nə?) əkdim. Sonra üzərinə su (nə?) tökdüm.
Vasitəli tamamlıqlar ismin yönlük, yerlik, çıxışlıq hallarında olan, eyni zamanda ilə, üçün, ötrü, qarşı, haqqında, barəsində qoşmalarının qoşulduğu sözlər və birləşmələrlə ifadə olunur, əşya, obyekt bildirir. Tamamlığın bu növü kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? Kim üçün? nə üçün? nə barədə? və s. suallara cavab verir.
Vasitəsiz tamamlıqlar yalnız təsirli feli xəbərlə bağlı olur. Vasitəli tamamlıqlar isə hər cür feli xəbərlərlə, hətta ismi xəbərlərlə də əlaqələnə bilir. Məsələn: Qız qardaşından (kimdən?) böyükdür. Samir qardaşı ilə (kim ilə?) sizə gələcək.

2. Təyin

Təyin cümlənin ikinci dərəcəli üzvü olub, isimlə və isimləşmiş sözlərlə ifadə olunan üzvləri müxtəlif cəhətdən izah edir.
Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? Suallarına cavab verir. Məsələn: Çalışqan (necə?) şagirdlə beş (neçə?) maraqlı kitab aldılar.
Təyin əksərən sifət, say, feli sifət və işarə əvəzlikləri ilə ifadə olunur. Məsələn: Bu meşə çox böyük idi.
İsim və zərflərdə sifətləşdikdə təyin vəzifəsində işlənə bilir. Məsələn: Mühəndis Sultanov dəri paltosunu geydi. Yuxarı otaqlar xeyli sərin idi.
Təyin ismi birləşmələr və feli sifət tərkibləri ilə də ifadə olunur. Məsələn: Polis rəisi Kərimov prokurora zəng vurdu.
Cümlədə isimlə və isimləşmiş sözlərlə ifadə olunan bütün üzvlərin təyini ola bilir.
Nitq hissələri ilə ifadə olunan təyinlər sadə, söz birləşmələr ilə ifadə olunanlar isə mürəkkəb təyin sayılır.

3. Zərflik

Zərflik cümlənin ikinci dərəcəli üzvü olub, hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir.
Zərflik əksərən zərflərlə – tərzi-hərəkət, zaman, yer, miqdar zərfləri ilə ifadə olunur. Məsələn: Səkinə xala sakitcə çəkilib getdi.
Zərflik yer və zaman mənalı isimlər, feli bağlamalar, qoşmaların artırıldığı isim və məsdərlər, sual əvəzlikləri və s. ifadə olunur. Məsələn: O, Azəri bazara göndərmişdi.
Mürəkkəb zərfliklər ismi və feli birləşmələrlə ifadə olunur. Məsələn: Boz dağın qoynunda bir dəniz vardır.

Zərfliyin məna növləri

Zərflik əksərən feli xəbərə, az hallarda ismi xəbərə aid olur. Feli xəbərə aid olduqda isim, ismi xəbərə aid olduqda əlamətin meydana çıxmasının tərzini, zamanını, yerini, miqdarını, səbəbini və məqsədini bildirir. Buna görə də zərfliyin aşağıdakı məna növləri vardır.
1. Tərzi-hərəkət zərfliyi  işin, hərəkətin icra tərzini bildirir. Necə? nə cür? nə tərzdə? Nə vəziyyətdə? suallarına cavab verir.
2. Zaman zərfliyi – işin, hərəkətin, hadisənin zamanını bildirir. Nə vaxt? nə zaman? haçan? nə zamanadək? nə vaxta kimi? nə vaxta qədər? suallarına cavab verir.
3. Yer zərfliyi  işin, hərəkətin və s. yerini bildirir. Hara? haraya? harada? suallarına cavab verir.
4. Kəmiyyət və ya dərəcə zərfliyi – hərəkətin hansı kəmiyyətdə icra olunduğunu bildirir. Nə qədər? sualına cavab verir.
5. Səbəb zərfliyi – hərəkətin və ya əlamətin səbəbini bildirir. Niyə? nə üçün? nə səbəbə? nədən ötrü? nəyə görə? suallarına cavab verir.
6. Məqsəd zərfliyi – hərəkətin məqsədini bildirir. Niyə? nədən ötrü? nə məqsədlə? suallarına cavab verir.

Cümlə üzvlərinin əlavəsi

Cümlədə özündən əvvəlki üzvün mənasını izah edib konkretləşdirən sözə və ya söz birləşməsinə cümlə üzvlərinin əlavəsi deyilir.
Əlavə, əlavəli üzvlə şəxsə, kəmiyyətə və ismin halına görə uzlaşır. Məsələn: uçur qayğılar – o nazlı quşlar.
Bəzən əlavəli üzv I, II, şəxslərə, əlavə isə III şəxsdə olur, əlavə, əlavəli üzvlə ismin halına, kəmiyyətə görə uzlaşır, şəxsə görə uzlaşma pozulur.
Mübtədanın əlavəsi mübtədanın, xəbərin əlavəsi isə xəbərin mənasını konkretləşdirmək, izah edib aydınlaşdırmaq üçün işlənir. Məsələn: Yaşasın səadət, o yaz səhəri.
Cümlədə üçüncü növ təyini söz birləşmələrinin, feli sifət, feli bağlama və məsdər tərkiblərinin asılı tərəfinə xitablara aid əlavələr də olur. Məsələn: Adilin – onuncu sinif şagirdinin fədakarlığı bütün rayona yayıldı.
Əlavələr izah etdiyi sözlərdən tire (–) işarəsi ilə ayrılır. Məsələn: Dünən – mayın 17-də bütün diskləri aparıb təhvil verdik.
Əlavədən əvvəl yəni bağlayıcısı işləndikdə də vergül qoyulur.
Cümlə insanlar arasında fikir mübadiləsinin vasitəsidir. Ayrı-ayrı sözlərlə yanaşı, söz birləşmələri də cümləyə daxil olur. Söz birləşməsindən fərqli olaraq cümlənin baş üzvlərdən ibarət qrammatik əsası olur.
Cümlə bitmiş fikir ifadə edir. Cümlə vasitəsilə bir iş və hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik edilir. Heç bir söz və ya söz birləşməsi cümlə şəklinə düşmədən bitmiş fikir ifadə edə bilməz. Məsələn: dağların qarı, səhərin açılması və s. kimi birləşmələrdə yalnız ayrı-ayrı əşya və hadisələrin adı çəkilir, onların haqqında bitmiş fikir söylənilmir.
Bulaqğın suyu sərindir. Hava getdikcə soyuqlaşır. Bəh-bəh necə gözəl havadır. – cümlələrində isə bir şey haqqında məlumat verilir, hiss-həyəcan ifadə olunur. Bütün cümlələrdə fikir bitmiş şəkildə ifadə olunur.
Sözlərin bitmiş fikir ifadə edən birləşməsinə cümlə deyilir. Məsələn: Nəsrin kolu qızılgül koluna oxşayır. Mən dram əsərlər oxumağı sevirəm. Hər şeyin öz vaxtı var.
Cümlə bir sözdən ibarət ola bilər. Məsələn: Gecdir. Yoruldum. Səhərdir. – misralarında cümlə intonasiyası tələffüz edilənGecdir, Yoruldum, Səhərdir sözləri bimiş fikir ifadə edərək cümlə kimi formalaşmşdır.
Cümlələr quruluşca sadə və mürəkkəb olur.
Sadə cümlələrin yalnız bir qramatik əsası olur. Məsələn: Uşaqlar oturdular. Müəllim ayaq üstə durub sinfə göz gəzdirdi.
Mürəkkəb cümlələrin iki və daha çox qramatik əsası olur. Məsələn: Fırtına getdikcə şiddətlənir, gəmi ağır-ağır yırğalanırdı. Zəng təzəcə vurulmuş, müəllim sinfə daxil olmuş, dərs başlandı.

Cümlənin məqsəd və intonasiyaya görə növləri

Hər bir cümlə müəyyən məqsədlə söylənilir. Məsələn: Dostlar xeyli sakitcə dayandılar. Əşrəf, həddini aşma! – cümlələrində birincisində müəyyən bir iş haqqında məlumat verilir, ikinci cümlədə də danışanın idarəsi ifadə olunur, bir şey tələb olunur.
Deyiliş zamanı cümlə növlərinin fərqlənməsində intonasiyanın rolu böyükdür. İntonasiya cümlədə bu rəngarəngliyi yaratmaqla məqsədimizi aydınlaşdırır. Bu cəhətdən cüçlələr üç qrupa ayrılır
Nəqli cümlələr
Sual cümlələr
Əmr cümlələr

1. Nəqli cümlə

Nəqli cümlələr bir hadisə, əşya, əlamət və s. haqqında məlumat vermək məqsədilə işlənir. Nəqli cümlələr adi intonasiya ilə tələffüz edilir. Xəbərdən əvvəlki sözün üzərində səs tonu bir qədər yüksəlir, sonra tədricən alçalaraq kəsilir. Məsələn: Dünyada əlli milyona qədər azərbaycanlı var. Onlardan doqquz milyonu Azərbaycan respublikasında yaşayır.
Nəqli cümlə başqa başqa cümlə növlərinə nisbətən daha çox işlənir. Çünki insanlar öz fikirlərini, əsasən nəqli cümlələr vasitəsilə ifadə edirlər.
Yazıda nəqli cümlələrin sonunda nəktə qoyulur. Hiss-həyəsac tələffüz edildikdə nida işarəsindən ( ! ) istifadə edilir.

2. Sual cümlələr

Sual məqsədilə işlədilən cümləyə sual cümləsi deyilir. Yazıda sual cümləsinin sonunda sual işarəsi ( ? ) qoyulur. Məsələn: Ölkəmizin bayrağı neçə rəngdədir? Himnimizi kim yazıb?
Sual cümlələrin üç növü var:
1. Sual əvəzliklərinin köməyi ilə yaranan sual cümlələri. Məsələn: Qız qalası neçənci əsrdə tikilib? Ölkəmizin ilk paytaxtıhansı şəhər idi? Qarabağa hücum edən kim idi? Ata Türk haqqında  bilirsiniz?
2. Sual ədatlarının köməyi ilə yaranan sual cümlələri. Məsələn: Siz günəşin çıxmasını seyr etmisinizmi? Bəs batması? Getmək istəmirsən ki?
3. Yalnız sual intonasiyası ilə əmələ gələn sual cümlələr. Belə cümlələrin əmələ gəlməsində sual əvəzlikləri və sual ədatları iştirak edir. Belə cümlələr nəqli cümlələrə yaxın olub, nəqli cümlələrdən xəbərinin son hecasının bir qədər uzun tələffüz olunması ilə fərqənir. Məsələn: Sən şeri sevirsən? Himnimizi bilirsən? Qiymət almısan?
Ədatla və intonasiya ilə əmələ gələn sual cümlələrinin  cavabında ya həmin cümlələrin özləri (məsələn: Bu köhnə kitabdır? – sualına Bu köhnə kitabdır cavabını vermək olar) ya da onların bir hissəsini təkrar etmək (köhnə kitabdır deyə), yaxud da bəli, yox, xeyr kimi təstiq və inkar bildirən  sözlərlə cavab vermək olar.

3. Əmr cümləsi

Əmr cümlələri əmr, istək, arzu, xahiş, öyüd, məsləhət və s. kimi mənalar ifadə edir. Əmr cümləsinin xəbəri felin əmr şəklində ifadə olunur. Bu, əmr cümləsi üçün qramatik göstərici hesab olunur.
Adi tonla tələffüz olunan əmr cümlələrinin sonunda yazıda nöktə qoyulur. Lakin əmr cümləsi yüksək tonla tələffüz edildikdə nida işarəsi qoyulur. Məsələn adi tonla: bəri bax. Ynımda qal. Yüksək tonla: Düzünü de! Cavab ver! Dayan!

4. Nida cümləsi

Yüksək hiss-həyəcanla tələffüz edilən cümlələrə nida cümlələri deyilir. Məsələn: Azərbayca, Azərbaycan!
Nida cümlələri yeni cümlə növü deyildir. Nəqli, sual və əmr cümlələri hiss və həyəcanla tələffüz edildikdə nida cümləsinə çevrilir. Nida cümlələri əsasən iki yolla əmələ gəlir:
1. Yalnız intonasiya vasitəsilə əmələ gələnlər; Məsələn: böyüklərin sözünü kəsmək olmaz! Qoy bunu hamı bilsin!
2. Nidaların köməyilə əmələ gələnlər; Məsələn: Bəh-bəh necə ətirlidir! Oy, nə gözəl çiçəklənir, Çingiz!

Azərbaycan dili → Sintaktik əlaqələr

Söz birləşmələrini və cümlələri təşkil edən sözlər arasında iki cür əlaqə olur:
  1. Məna əlaqəsi
  2. Sintaktik əlaqə
Məsələn: Sara Xatun heyranlıqla ona baxırdı; heyranlıqla baxırdı; sözlərri bir-biri ilə həm mənaca həm də sintaktik cəhətdən əlaqəlidir. Bu sözlərin arasındaki sintaktik əlaqələri belə göstərmək olar:

Sözlər arasındaki sintaktik əlaqələr iki cür olur:
  1. Tabesizlik
  2. Tabelilik
Tabesizlik əlaqələri
Tabesizlik əlaqələrində tərəflər bərabər hüquqlu olur. Tərəflərdən biri o birinə tabe olmur, o birini aydınlaşdırır. Məsələn: Qəssablar qoyunları kəstilər, soydular. Aşbazlar manqalları hazırladılar, qazanları hazırladılar. Bağımızda alma, armud, heyva, gilas ağacları var.
Tabesizlik əlaqəsi özünü cümlənin həmcins üzvləri arasında göstərir. Tərəflər ya sadalana intonasiya ilə, ya da tabesizlik bağlayıcıları ilə əlaqələnir. Məsələn: Su altındaki ağ balıqqulaqları və çınqılları adamın xoşuna gəlirdi. Qara, qırmızı, sarı çınqıllar.
Birinci cümlədəki  bağlayıcısı, ikinci cümlədəki qara, qırmızı, sarı sözləri sadalama intonasiyası ilə əlaqələnmişdir.
Tabelilik əlaqələri
Tabəlilik əlaqəsində tərəflərdən biri o birindən asılı olur, o birini izah edir və aydınlaşdırır. Cümləni quran əsas əlaqə forması tabelilik əlaqəsidir.
Tabəlilik əlaqəsində tərəflərdən biri əsas, digəri asılı tərəf adlanir. Asılı tərəf əsas tərəfə tabe olur. Məsələn: Dəmir peç otağı bəkr qızdırırdı – cümləsini belə göstərmək olar:
Tabelilik əlaqəsinin üç növü var:
  1. Yanaşma əlaqəsi
  2. Uzlaşma əlaqəsi
  3. İdarə əlaqəsi
Yanaşma əlaqəsi
Asılı tərəfin heç bir şəiklçi qəbul etmədən əsas tərəfə yanaşıb ona mənaca bağlanmasına yanaşma əlaqəsi deyilir.
Yanaşma əlaqəsində əvvə asılı tərəf, sonra əsas tərəf işlənir. Uzlaşma əlaqəsində şəxs və şəkilçilərdən, idarə əlaqəsində hal şəkilçilərindən istifadə edildiyi halda, yanaşma əlaqəsinin heç bir şəkilçisi yoxdur. Yanaşma əlaqəsində bir söz heç bir sözdəyiş`dirici şəkilçiyə ehdiyac olmadan başqa bir sözə yanaşır və ona tabe olur. Məsələn: Qalın meşə sıx duman bürümüşdü – cümləsində qalın sözü meşəsıx sözü duman sözünə yanaşır.
Uzlaşma əlaqəsi
Asılı tərəfin əsas şəxsə və kəmiyyətə görə uyğunlaşmasına uzlaşma əlaqəsi deyilir.
Uzlaşma əlaqəsi həm mübtəda ilə xəbər arasında, həm də ikinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında olur.
Mübtəda ilə xəbər arasında uzlaşmada mübtəda əsas, xəbər asılı tərəfdir. Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəxsin şəkilçisini qəbul edir və onunla uzlaşır. Məsələn:
Mən böyüyürəm
Biz boy atırıq
Siz gəncləşirsiniz
Onlar işləyirlər
I və II şəxslərdə xəbər mübtəda ilə şəxsə və kəmiyyətə görə həmişə uzlaşır və uzlaşma pozulmur. III şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşada bilir, uzlaşmaya da bilir. Məsələn: Qonaqlar gəldilər də deyilir, qonaqlar gəldi də deyilir.
İkinci təyini söz birləşməsinin birinci tərəfi həmişə III şəxsə olur, ona görə də ikinci tərəf III şəxsin mənsubiyyət şəkilçisini qəbul edərək birinci tərəflə uzlaşır:
Üçüncü növ təyini söz birləşməsinin birinci tərəfi hər üç şəxsdə ola bilir, ona görə də uzlaşma hər üç şəxsdə olur:
İkinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında ad uzlaşma olur. Məsələn: məktəb binasısənin məqsədin tipli birləşmələrdə ikinci tərəf birinci tərəf ilə uzlaşır.
İdarə əlaqəsi
Əsas tərəfin tələbi ilə asılı tərəfi müəyyən düşməsinə idarə əlaqəsi deyilir.
İdarə əlaqəsi ismin halları ilə bağlıdır. Adlıq haldan başqa, qalan beş haldan olan sözlər idarə əlaqəsində asılı tərəf kimi çıxış edir. Məsələn:
Evin qapısı – təsirlik
Evi təmizləyən – çıxışlıq
Evə gələndə – yerlik – birləşmələrində evin, evi, evə sözləri asılı tərəf, qapısı, təmizləyən, gələndə sözləri əsas tərəf, idarə edən tərəfdir.
İdarə əlaqəsində əsas tərəf əksərən fellərdən ibarət olur. Lakin başqa nitq hissələri də əsas tərəf ola bilir. Məs: anaya hörhət, şagirdlərdən bir neçəsi birləşməsində hörmət, bir neçəsi sözləri əsas tərəf, anaya, şagirdlərdən sözləri asılı tərəfdir.
Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qramatik cəhətdən birləşməsindən əmələ gəlir. Məsələn: yaşıl yamac, uca çinar, dağ qartalı, dünyanın əvvəli, məktubu təzəcə oxuyan, səhər evdən gələndə və s.
Söz birləşməsi müstəqil sözlərdən əmələ gəlir. Ona görə də müstəqil sözlə, köməkçi sözün birləşməsi (məsələn: bizə tərəf, evə sarı və s.) söz birləşməsi sayılmır.

Söz birləşməsi və söz

Söz birləşməsi də sözlər kimi, əşya və hadisələri adlandırır. Məsələn: stol – stolun ayağı, roman – macəra romanı, ev – evin qapısı, bulaq – bulağın suyu və s.
Ayrı-ayrı sözlər kimi, söz birləşmələri də cümlə üçün tikinti materialıdır; məsələn: evin qapısı açıq idi. – cümləsi bir sözün (açıq idi) və bir söz birləşməsinin (evin qapısı) iştirakı ilə yaranmışdır. Bu cür oxşar cəhətlərə baxmayaraq söz birləşmələri sözlərdən əsaslı şəkildə fərqlənir:
1. Söz leksik, söz birləşməsi sintaktik vahiddir, yəni sözlər dilimizin lüğət tərkibində hazir şəkildədir, söz birləşməsi isə nitk prosesində sintaktik əlaqələrlə formalaşır.
2. Söz səslərdən, söz birləşməsi isə sözlərdən yaranır.
3. Sözün mənası ümumi və geniş olur; məsələn: kitab dedikdə hər cür kitab, şəhər dedikdə hər cür şəhər nəzərdə tutuur. Lakin söz birləşməsi tərkibində sözün mənası xeyli konkretləşir. Bunu kitab, şəhər sözlər ilə dərs kitabı, Bakı şəhəri birləşmələrini müqayisə etməklə də görmək olar.

Söz birləşməsi və cümlə
Söz birləşməsi cümlə ilə də oxşar və fərqli cəhətlərə malikdir. Hər ikisi (həm söz birləşməsi, həmdə cümlə) sözlərin müxtəlif şəkildə birləşməsindən əmələ gəlir; hər ikisi eyni nitk hissələrindən və eyni sintaktik əlaqədən yaranır; sözlərin sırası da bunlarda əsasən eyni cür olur.
Bu oxşar cəhətlərlə yanaşı, söz birləşmələri ilə cümlələrin mühüm fərqləri də vardır;
Cümlə ünsiyyətin əsas vahididir və bitmiş fikir ifadə edir. Lakin söz birləşməsi bitmiş fikir ifadə edə bilmir. Məsələn: gözəl həyat – həyat gözəldir, dağ havası – dağın havası sərindir və s. cümlənin özünəməxsus intonasiyası olur. Cümlədə söylənilən fikrə münasibət bildirilir.
Söz birləşməsindən fərqi olaraq, cümlə bir sözdən də ibarət ola bilir. Məsələn: Gecdir. Tezdir. Yoruldum. və s.

Söz birləşmələrinin növləri

Söz birləşmələri əsas və asılı tərəflərdən ibarət olur. Asılı tərəf əvvəl işlənir və sintaktik əlaqə üsullarından biri ilə (ikinci) əsas tərəfə tabe olur. Məsələn: Maraqlı kitab, məktubu oxumaq birləşmələrində maraqlı və məktubu sözləri asılı tərəf, kitab və oxumaq sözləri əsas tərəfdir.
Söz birləşmələrinin əsas tərəfi nitk hissələri ilə ifadə olunur. Məsələn: daş divar birləşməsinin əsas tərəfi (divar) isimlə,divarı uçurmaq birləşməsinin əsas tərəfi (uçurmaq) fellə ifadə olunur.
Əsas tərəfin nitq hissələri ilə ifadəsinə görə söz birləşmələri iki böyük qurupa bölünür:
Əsas tərəfi adlarla (isim, sifət, say, əvəzlik və bəzi ərflərlə) ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir.Məsələn:dəmir qapı, almanın qırmızısı, əldən itivə s.
İsmi birləşmənin növləri çoxdur; məsələn: yaşıl yarpaq, ağac yarpağı, yarpağın rəngi, yaşıl yarpaqlı və s. birləşmələrin hər biri öz yaranma üsuluna görə o birindən fərqlənir. Belə rəngarəng birləşmələrdən üç növü dilimizdə daha çox işlənir. Buraya, qırmızı çiçək, çəmənin ətri, bülbülün nəğməsi tipli birləşmələr daxildir. Asılı tərəfləri əsas tərəf izah etdiyindən belə birləşmələrə təyini söz birləşmələri deyilir.
Təyini söz birləşmələrinin forma və məna xüsusiyyətlərinə görə üç növə bölünür:
Birinci növ təyini söz birləşmələri
İkinci növ təyini söz birlləşmələri
Üçüncü növ təyini söz birləşmələri
Birinci növ təyini söz birləşmələri
Hal və mənsubiyyət şəkilçiləri olmadan yaranan birləşmələrə birinci növ təyini söz birləşmələri deyilir. Məsələn: sərin su, işıqlı otaq, yağışlı hava və s.
Birinci növ təyini söz birləşmələrinin asılı tərəfi isim, sifət, say, əvəzlik və feli sifətlə, əsas tərəfi isə isimlərlə (və isimləşmiş sözlərlə) ifadə olunur. Məsələn:

Birinci növ təyini söz birləşmələrinin əsas tərəfi cəm, mənsubiyyət və hal şəkilçiləri qəbul edə bilir. Məsələn: yaxşı şagird – yaxşı şagirdlər, yaxşı şagirdlərimiz, yaxşı şagirdlərdə.
Lakin bu şəkilçilər birinci növ təyini söz birləşmələrinin əlaməti deyildir, çünki belə birləşmələr həmin şəkilçilərin iştirakı olmadan əmələ gəlir.
Birinci növ təyini söz birləşmələrinin birinci tərəfi cümlədə təyin, ikinci tərəfi mübtəda, xəbər, tamamlıq və ya zərflik olur. Məsələn: Bu kitab həmin kitabdır. Sizi maraqlandıran həmin kitabdir cümlələrində bu kitab, həmin kitabdır birinci növ təyini söz birləşməsidir. Birləşmələrdə bu həmin sözləri təyin, kitab mübtəda, kitabdır – xəbərdir.
Bəzən birinci növ təyini söz birləşmələrinin tərəfləri birlikdə cümlələrin bir növü olur. Məsələn: Hər tərəf zil qaranlıq idi. Yaman gündə insan insana arxadır – cümlələrində hər tərəf – mübtəda, yaman gündə – zaman zərfliyidir.

İkinci növ təyini söz birləşmələri

Birinci tərəfi yiyəlik hal şəkilçisiz, ikinçi tərəfi mənsubiyyət şəkilçili  (-ı, -i, -u, -ü) birləşmələrə ikinci növ təyini söz birləşmələri deyilir. Məsələn: insan təbilləti, bildirçin yuvası, şəhər bağı, məktəb direktoru və s.
İkinci növ təyini söz birləşməsinin tərəfləri, başlıca olaraq, isimlərlə ifadə olunur (insan təbilləti, məktəb direktoru və s.). Lakin bəzən başqa başqa nitq hissələri də isimləşərək belə birləşmələrin tərəfləri kimi işlənə bilir. Məsələn: Gözəllər gözəli, yaxşılar yaxşısı və s.
İkinci növ təyini söz birləşməsinin tərəfləri arasında başqa söz artırmaq olmur.
Təyini söz birləşmələrinin bu növündə tərəflərdən biri cəmlənərək digər tərəf tək olur. Məsələn: Xalqlar dostluğu, qocalar evi, mədəniyyət sarayları və s.
İkinci növ təyini söz birləşməsinin tərəfləri birlikdə cümlənin bir mürəkkəb üzvü olur. Məsələn: Yarış günü yaxınlaşırdı. Bu kitab sinif rəhbərinindir. Sinif rəhbəri Leyla müəlliməni alqışladılar. – cümlələrində yarış günü – mübtəda, sinif rəhbərinindir – xəbər, sinif rəhbəri – təyindir.

Üçüncü növ təyini söz birləşmələri

Bu birləşmə isə yiyəlik halı və mənsubiyyət şəkilçili olur. Birinci tərəf yiyəlik hal şəkilçili, ikinci tərəf mənsubiyyət şəkilçili olur. Məsələn: kürün daşması, sözün mənası və s.

Azərbaycan dili → Feli birləşmələr

Əsas tərəfi fellərdən ibarət olan birləşmələrə feli birləşmələr deyilir.
Feli birləşmə dedikdə, əsas tərəfi feli sifət, feli bağlama və ya məsdərdən ibarət olan birləşmələr nəzərdə tutulur. Məsələn: məktubu oxuyan, film izləyən; məktubu oxuyanda, film izləyəndə; məktubu oxumaq, film izləmək.
Göründüyü kimi feli birləşmə müstəqil sözlərin feli sifət, feli bağlama və ya məstərə tabe olur.
Feli birləşmələr cümlə daxilində tərkib əmələ gətirir. Tərkiblər əsas tərəflərin adları ilə adlanır və üç növə ayrılır:
  1. məsdər tərkibləri
  2. feli sifət tərkibləri
  3. feli bağlama tərkibləri
Tərkiblərdə sözlərin miqdarı adətən çox olur. Birləşmə üçün iki, tərkib üçün çox söz səciyyəvi hesab olunsada, tərkib və birləşmə əslində sinonim terminlərdir.

Məsdər, feli sifət və feli bağlama tərkibləri

Məsdər tərkiblərinin əsas tərəfi məsdərdən ibarət olur. Məsələn: Sən olnara tatarca yazmaq öyrədirsən? – cümləsində tatarca yazmaq məztər tərkiblidir və tatarca sözünün yazmaq məstərinə tabe olması yolu ilə yaranmışdır.
Məsdər tərkibləri əksərən cümlənin mübtəda və tamamlığı vəzifəsində işlənir. Məsələn: Çox irəli getmək təhlükəli idi. İnsanı sevməyə ixtiyarım var – cümləsində çox irəli getmək mübtəda, insanı sevməyə birləşməsi tamamlıqdır.
Feli sifət tərkibinin əsas tərəfi feli sifətdən ibarət olur. Məsələn: Onun yeri hər bahar qızıl lalələrlə örtülən düzənlik oldu – cümləsində hər bahar qızıl lalələrlə örtülən sözləri feli sifət tərkibidir və əsas tərəfi örtülən – feli sifətdir.
Feli sifət tərkibləri cümlədə əksərən təyin vəzifəsində işlənir. Məsələn: Meşəyə gedənlər geri qayıtdılar. Yarışda birincilik qazananları təbrik etdilər – cümlələrində meşəyə gedənlər mübtəda, yarışda birincilik qazananları tamamlıqdır.
Feli bağlama tərkibinin əsas tərəfi feli bağlamadan ibarət olur. Məsələn: Məhəmməd atı dirəyə bağlayıb, ağanın yanına gəldi – cümləsində atı dirəyə bağlayıb feli bağlama tərkibində, bağlayıb əsas tərəf, atı dirəyə sözləri əsas tərəfdir.
Feli bağlama tərkibləri cümlədə əksərən zərflik (zaman, tərzi-hərəkət, səbəb zərflikləri və s.) vəzifəsində işlənir. Məsələn:
Akif həyətdən çıxanda anası dalınca su atdı – cümləsində Akif həyətdən çıxanda feli bağlama tərkibi zaman zərfliyidir.

1 комментарий: